AZ

İdmançıdan təqdirəlayiq HƏRƏKƏT: Pulla dolu tapdığı çantanı xəstə uşağı olan ailəyə qaytardı

Pauerliftinq üzrə dünya çempionu və İnquşetiya polis serjantı Rüstəm Kukurxoev içərisində 7 milyon rubl olan çantanı sahibinə qaytarıb.

BAKU.WS bu barədə xarici mediaya istinadən xəbər verir.

O, çantanın sahibini aşkar etmək üçün sahibinin izinə düşüb.

Rüstəm yaxınları ilə birlikdə Nəzrandan Sunjaya gedirmiş. Qadınların alış-verişi zamanı Kukurxoev məscidə gedib və yolda bir çanta pul tapıb.

İdmançı tapdığı əşyanı sosial şəbəkələrdə paylaşıb və sahibi dərhal cavablandırıb.

Bu pul Qroznıdan olan uşağın əməliyyatı üçün yığılıb.

Xəstə uşağın atası sonda kömək etdiyinə görə idmançını mükafatlandırıb.

Seçilən
82
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq