AZ

Azərbaycanın enerji tikinti şirkəti investisiyanın cəlb olunması məqsədilə əlavə səhmlər buraxır

Ötən həftənin sonunda Mingəçevir şəhərində qanunvericiliyin tələblərinə uyğun olaraq “Azenco” ASC-nin ümumi yığıncağı keçirilib. 

Marja.az xəbər verir ki, yığıncaqda cəmiyyətin maliyyə nəticələri də müzakirə edilib.

Qərara alınıb ki, ehtiyac olan investisiyanın cəlb olunması məqsədilə əlavə səhmlər buraxılsın.

“AZENCO” ASC su və istilik elektrik stansiyaları, yüksək gərginlikli elektrik verilişi xətləri, elektrik enerjisinin paylanması sisteminin tikintisi və inkişafı, su və kanalizasiya sistemləri də daxil olmaqla energetika sahəsində "Layihələndirmə, tikinti və satınalma" müqavilələrini həyata keçirən enerji tikinti şirkətidir.

 

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla