AZ

Premyer Liqa klubları yeni maaş həddinin tətbiqinə səs verəcəklər

İngiltərə Premyer Liqasının klubları Premyer Liqada səmərəli maaş həddinin tətbiqinə nail olmaq üçün səs verəcəklər.

Arena.az bu barədə “Sky Sports” dərgisinin jurnalisti Kave Solhekolun əldə etdiyi məlumata istinadən xəbər verir.

Mənbənin məlumatına görə, məhdudiyyət klubların konkret futbolçuya nə qədər ödəyə biləcəyi deyil, klubun öz siyahısına nə qədər xərcləyəcəyi ilə bağlı olacaq. Buraya maaşlar, transferlər və agentlik haqları daxildir.

Vurğulayaq ki, təkliflərdən biri liqada sonuncu yeri tutan klubun yayım gəlirindən 4,5 dəfə çox olan məbləğə “bağlanır”. Bu mütləqiyyət indi tətbiq edilsəydi, məbləğ 545 milyon avro civarında olardı.

Həmçinin bildirilir ki, İngiltərə Premyer Liqası klublarının səsverməsi bu gün, aprelin 29-da baş tuta bilər.

Seçilən
65
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq