AZ

Şotlandiyanın müsəlman baş naziri istefa verdi

Şotlandiyanın birinci naziri Hümzə Yusif (Şotlandiya Milli Partiyası) partiyanın lideri vəzifəsindən və nəticədə birinci nazir vəzifəsindən istefa verdiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

“Mən artıq Şotlandiya Milli Partiyasının katibinə partiya lideri vəzifəsindən istefa vermək niyyətim barədə məlumat vermişəm və yeni partiya liderinin seçilməsinə hazırlıqların başlamasını xahiş etmişəm”, – deyərək, xələfinin adı hallanana qədər fəaliyyətini davam etdirəcəyini qeyd edib.

Qeyd edək ki, Hümzə Yusif Şotlandiyanın ilk müsəlman baş naziri olub.

T.İSMAYIL

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla