AZ

Menecerdən Musa Qurbanlıya məsləhət: “Bu, onun üçün faydalı olar”

“Yurqorden”də əsas heyətə düşmək şansı tapmayan Musa Qurbanlı ilə bağlı yerli mediada müxtəlif iddialar səsləndirilir.

Futbolçunun qarşısında iki seçim var: həm Azərbaycana dönüş edə, həm də xaricdə legioner kimi karyerasını davam etdirə bilər.

Bəs, gənc futbolçunun karyerası üçün hansı variant daha əlverişli olar? Sualımızı menecer Səid Bağırova ünvanladıq. Təcrübəli agent Offsideplus.az-a açıqlamasında məsələ ilə bağlı bunları dedi:

“Azərbaycanlılar xaricdə çox az təmsil olunur. Saysaq, 10-15 nəfər ancaq olar. Demək istədiyim odur ki, Avropada oynamalıyıq. Ola bilər ki, İsveç futbolu Almaniya, İspaniya və Belçika səviyyəsində deyil, amma, mənim gördüyüm qədər məşq sistemləri çox güclüdür. Azərbaycanda da futbol inkişafdadır. Buna baxmayaraq texniki bilgilər, taktiki gedişatlar və fiziki məşqlər kimi çatışmayan məsələlər çoxdur. İsveçlə Azərbaycanı müqayisə etsək, Musa üçün orada qalmağı daha faydalı olar. “Yurqorden”də daha çox çalışmalıdır ki, əsas heyətə düşə bilsin. Xarici media yazır ki, psixoloji problemlərə görə Musa oyunlarda iştirak etmir. Bu belədirsə, Musa Qurbanlı ora qədər gedib çıxıbsa, bütün çətinliklərin öhdəsindən gələ bilər”.

İradə Hatəmi

Seçilən
36
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq