AZ

Mixail Fomenko vəfat etdi

SSRİ yığması ilə Olimpiya Oyunlarının bürünc mükafatçısı, Kiyev “Dinamo”sunun keçmiş futbolçusu Mixail Fomenko 76 yaşında vəfat edib.

Arena.az bu barədə Kiyev “Dinamo”sunun rəsmi saytına istinadən məlumat verir.

Mixail Fomenko Sumı “Spartak”ının yetirməsidir. Peşəkar futbolçu karyerasına 1966-cı ildə bu klubda başlayıb, 1972-ci ildə Kiyev “Dinamo”suna keçib. “Dinamo”çularla müdafiəçi 3 dəfə SSRİ çempionatının qalibi olub, 2 dəfə ölkə kubokunu qazanıb. 1975-ci ildə Fomenko Kiyev “Dinamo”suna Kuboklar Kubokunu və UEFA Super Kubokunu qazanmağa kömək edib.

Mütəxəssis məşqçilik karyerası ərzində əsasən Ukrayna klublarında çalışıb. 2012-ci ildə Fomenko Ukrayna milli komandasına rəhbərlik edib. Fomenkonun çalışdırdığı kollektiv 2016-cı il Avropa çempionatına yüksəlib, burada hər üç oyunda məğlub olub. Bundan sonra Fomenko millini tərk edib.

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla