AZ

"Bu, sülhə doğru daha bir görünən addımdır" - REAKSİYA

“Almaniya davamlı və ədalətli sülhə nail olmaq yolunda Azərbaycan və Ermənistanı dəstəkləyir”.

Bu sözləri Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann “X”də paylaşıb.

“Azərbaycan və Ermənistan sərhədində ilk sərhəd nişanı quraşdırılıb. Bu, sülhə doğru daha bir görünən addımdır. Biz davamlı və ədalətli sülhə nail olmaq yolunda tərəfləri dəstəkləyirik”, - deyə paylaşımda bildirilib.

2024-cü il aprelin 23-də Azərbaycan və Ermənistan arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb.

Seçilən
74
Mənbələr
Şərh ()
Bağla

Reytinq