AZ

Qasperini: “İndi Avroliqa bizim əsas hədəfimizdir”

“Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini Avropa Liqasının yarımfinalında qarşılaşacağı Marsel “Olimpik”i ilə oyunlar haqda danışıb.

Arena.az “Football Italia” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“İndi Avropa Liqası bizim əsas hədəfimizdir və biz diqqətli olmalıyıq, çünki Marsel təmsilçisi güclü komandadır.

Hücumda vəziyyəti dəyişə bilən çoxlu oyunçularımız var, ona görə də heyətdə rotasiya imkanımız var. Cümə axşamı bizi yarımfinal gözləyir, hər iki qarşılaşma vacibdir, amma birincisi daha çox vacibdir”, deyə Qasperini bildirib.

Komandalar arasında ilk oyun mayın 2-də Marseldə, cavab oyunu isə mayın 9-da Berqamoda keçiriləcək. Hər iki oyun Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla