AZ

Artıq ABŞ-dən Ukraynaya hərbi yardımlar gəlməyə başlayıb - Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-dən Ukraynaya hərbi yardımın artıq axmağa başladığını bildirib.

O, bu barədə NATO-nun baş katibi Yens Stoltenberqlə keçirdiyi brifinqdə bildirib.

“Bəzi şeylər artıq gəlməyə başlayıb, mən təfərrüatlı olaraq nəyi deməyəcəm, təəssüf ki, ordumuzu və lazımi sayda briqadaları doldurmaq üçün hələ hər şey hazır deyil”, - deyə prezident bildirib.

O, həmçinin qeyd edib ki, son altı ayda “təhlükəsizlik zəmanətləri üzrə doqquz sazişdə nəzərdə tutulan maliyyələşdirmə sayəsində sistemlər və ya bəzən müvafiq sistemlərdən hissələr alınıb”.

Seçilən
56
Mənbələr
Şərh ()
Bağla

Reytinq