AZ

Yataqxanalardakı mənzillərin satılması qanunidirmi?VİDEO

Paytaxtda yataqxana tipli binalarda ucuz mənzillər satışa çıxarılır.

Xezerxeber.az xbəər verir ki, qiyməti münasib olduğundan həmin mənzilləri almağa maraq göstərənlər də kifayət qədərdir.

Ancaq ekspertlər deyir ki, bu mənzilləri almaq istəyənlər diqqətli olmalıdırlar.

Əmlak Ramil Qasımzadə yataqxanalardan mənzil almağın riskli olduğunu qeyd edib:

“Nəzərə almaq lazımdır ki, bu yataqxanadırsa, zamanla köçürüləcək. Tələbə yataqxanalarındakı mənzilləri alan vətəndaş bilməlidir ki, bu yataqxana dövlətindir və həmin binalar artıq istismar müddətini bitirib, yararsız vəziyyətdədir. Bir müddətdən sonra söküləcək. Sökülərkən o vətəndaşlara dövlət tərəfindən heç bir kompensasiya verilməyəcək”,-  deyə ekspert bildirib.

Yalnız istisnalar da var.

Məcburi köçkünlərin yaşadığı yataqxanalardakı mənzilləri satışa çıxarması ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən bildirilib ki, məcburi köçkün ailələrinin müvəqqəti məskunlaşdığı yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalar sözügedən qurumun balansında deyil.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
20
11
Mənbələr
Şərh ()
Bağla

Reytinq