- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Aleksis Sançes cari mövsümün sonunda “İnter”i tərk edəcək.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, çilili futbolçu Milan klubundan azad agent kimi ayrılacaq.
35 yaşlı forvardın müqaviləsi cari mövsümün sonunda başa çatır. “İnter” onunla müqaviləni yeniləməyəcək.
Sançes “İnter”lə birlikdə 2 dəfə A Seriyasının, İtaliya kubokunun, 2 dəfə ölkə superkubokunun qalibi olub.