AZ

“İsrail ordusunun bölmələri insan hüquqlarını kobud şəkildə pozub” – ABŞ

abş-dən
“Birləşmiş Ştatlar İsrail Müdafiə Qüvvələrinin beş bölməsinin fələstinlilərin hüquqlarını kobud şəkildə pozduğunu aşkar edib, lakin bu, Qəzza zolağında olmayıb və 7 oktyabr 2023-cü il tarixindən çox əvvəl baş verib”.
Yeniavaz.com
xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel brifinqdə deyib.
“Hərtərəfli araşdırma prosesindən sonra biz beş İsrail bölməsinin insan hüquqlarının kobud şəkildə pozulması hadisələrinə görə məsuliyyət daşıdığını müəyyən etdik. Bu hadisələrin hamısı oktyabrın 7-dən [2023] çox əvvəl baş verib və onların heç biri Qəzza zolağında baş verməyib”, - Patel bildirib.
O, beş bölmədən dördünün bu pozuntuları faktiki olaraq aradan qaldırdığını söyləyib.
Seçilən
26
Mənbələr
Şərh ()
Bağla