AZ

Azərbaycan və Gürcüstan ombudsmanları arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bu ölkənin ombudsmanı Levan İoseliani ilə görüşüb.

E-huquq.az xəbər verir ki, görüşdə tərəflər Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq, dostluq, qardaşlıq əlaqələrinin son illər daha da inkişafından məmnunluq ifadə ediblər.

F.Quliyev Azərbaycan və Gürcüstan arasında iqtisadi münasibətlərlə yanaşı, digər sahələrdə əlaqələrin intensivliyindən söz açaraq, hazırda görülən işlər və gələcək əməkdaşlıq perspektivlərindən danışıb, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili ilə Gürcüstanın Xalq Müdafiəçisi arasında əməkdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsinin zəruriliyini vurğulayıb.

Seçilən
44
2
Mənbələr
Şərh ()
Bağla