AZ

"Biz də ilk qələbəmizi qazanmaq istəyirdik"

Misli premyer-liqasının 32-ci turunun son matçında “Araz-Naxçıvan” “Zirə”ni 1:0 hesabıyla məğlub edib.

“Football-plus.az” xəbər verir ki, matçdan sonra muxtar respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:

“Araz-Naxçıvan"da ilk qələbəmizdi. Amma daha çox komandamın meydançadakı intizamının olması məni sevindirir. Futbolçular bu gün əzmkarlıq göstərdilər. Bərabər səviyyəli oyun gördük. Komandamı təbrik edirəm. Qarşıdakı dörd matça hazırlaşacağıq”.


- Oyuna müdafiəyəmeyilli başlamağınız rəqib baş məşqçini təəccübləndirdi...
- Oyun seçimi mənim idi. Mən daha çox komandanın belə oynamasını istəyirəm. Rəqibi də nəzərə alırıq. Bunun əsasında plan tərtib olunur.

- Rəşad Sadıqovla duelleriniz maraqlı olur. "Zirə"ni daha yaxşı incələyirsiz?
- Prinsipim Rəşad Sadıqovla deyil. Bu gün "Zirə" ilə "Araz-Naxçıvan" oynayırdı. Sadəcə hər ikimiz dinamik futbola üstünlük veririk. Əzmkarlıq öndə olur. Heç bir prinsip yoxdu. Biz də ilk qələbəmizi qazanmaq istəyirdik.

- Premyer-liqada qalmağı bacardınız, sabiq komandanız "Qəbələ" isə liqadan düşdü. Kaxaber Tsxadadze dedi ki, imicimi qurban verdim bura gəlməklə. "Qəbələ"nin düşməsində sizin nə qədər payınız var?
- Paya ayırmazdım. Əlbəttə ki, mən də o komanda ilə uğurlara çatmışdım, o komandada məşqçi kimi püxtələşdim. Mənim də payım var. Amma klub kompleks işi tələb edir. Səbəblər çoxdu. Mən də səbəblərdən burda danışsam, söhbət uzanacaq. Özümü Kaxaber Tsxadadze ilə müqayisə etmək istəmirəm. Üzərimə düşənin ən yaxşısını kluba verməyə çalışırdım. Təbii ki, "Qəbələ" Azərbaycan futbolu üçün dəyərli, böyük klubdu. Heç kim istəməz ki, premyer-liqadan getsinlər. Mən də istəyərəm yüksək liqada qalsınlar, inkişaf etsinlər.

- Hakim qərarları haqda nə düşünürsüz?
- Qərəz yox idi, emosiya idi. Hakim bu oyunu normal idarə etdi. Oyunun nəticəsinə təsir edən səhvlər etmədi. Mənim fikrim başqadı, oyunu idarə edən hakimdi. O da öz işinin peşəkarıdı, qərarına hörmətlə yanaşmaq lazımdı.

- Rəşad Sadıqov indiki Hakimlər Komitəsini günahlandırdı, bəzi klubların hakimlərlə münasibətinin yaxşı olduğunu iddia etdi. Hakimlər bəzi klublara simpatiya göstərir?
- Səhv və qərəzli qərarlar başqa nüanslardı. "Qəbələ"də olanda da bizə qarşı simpatiya görmədim, "Araz-Naxçıvan"dayam, burda da görmədim. İsti münasibətlərini görmədim. İstəyərəm ki, bütün komandalara yanaşma eyni olsun. Hakimlərin 10 komandanın heç birini seçmək ixtiyarı yoxdu, hamısı əziz olmalıdı. Hamıya eyni gözlə baxılsa, daha yaxşıdı.
Seçilən
56
3
Mənbələr
Şərh ()
Bağla