AZ

Salyan ərazisindəki kurqanlar tədqiq olunacaq - FOTO

Salyan rayonunun Yeni Uluxanlı kəndində yerləşən və sakinlər tərəfindən “7 qardaş“ adlanan 7 kurqan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən nəzarətə götürüləcək.

Bu barədə Bizim.Media-nın yerli bürosuna Xidmətdən məlumat verilib.

Məlumatda həmçinin o da qeyd edilib ki, kurqanların araşdırılması üçün elmi inistitutların əməkdaşları da cəlb ediləcək. Tarixi əhəmiyyətliyi müəyyən edildikdən sonra bu kurqanların dövlət reysterinə salınması aparılacaq.

Qeyd edək ki, sözügedən kurqanlardan zaman-zaman erkən tunc dövrünə aid edilən məişət əşyaları, həmçinin çoxsaylı insan sümükləri torpaq üzərinə çıxır. Kurqanlar yerli əhali tərəfindən müqəddəs sayıldığından onların tam dağıdılmasının qarşısı indiyə qədər elə burada yaşayan sakinlərin hesabına qorunub saxlanılıb.



Sabutay Nağıyev, Bizim,Media, Cənub bürosu

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla