AZ

Avstraliyadan Ukraynaya 100 milyon dollarlıq yardım

Avstraliya Baş nazirinin müavini və müdafiə naziri Riçard Donald Marles Ukraynaya təxminən 100 milyon dollar dəyərində əlavə hərbi yardım veriləcəyini açıqlayıb.

525.az xəbər verir ki, Avstraliya Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, nazir Marles Ukraynanın baş naziri Denis Şmıqal ilə görüşdüyü Lvov şəhərində mövzu ilə bağlı mətbuata açıqlama verib.

Avstraliya müdafiə sənayesinin dəstəyi ilə Ukraynaya təxminən 100 milyon dollarlıq əlavə hərbi yardım veriləcəyini açıqlayan Marles, Ukrayna əsgərlərinin Böyük Britaniya liderliyində təlim keçdiyi Kudu əməliyyatına verilən dəstəyin davamlılığına diqqət çəkib.

Qeyd edək ki, Marles Ukraynaya edilən yardımların ümumi həcminin bir milyard dollara çatdığını bildirib.



Məhəmməd Tağıyev























Bizi Facebookda izləyin

Seçilən
1
Mənbələr
Şərh ()
Bağla