AZ

İsa Qəmbərin Müsavat Partiyası başqanlığına namizədliyi irəli sürülüb

İsa Qəmbərin Müsavat Partiyası başqanlığına namizədliyi irəli sürülüb. Bu barədə Turan-a partiyadan bildiriblər.

Qəmbərin namizədliyinin irəli sürülməsi barədə qərar bu gün qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin iclasında açıqlanıb.

Bundan əvvəl Natiq Ulubəy və Osman Kazımov başqanlığa öz namizədliklərini irəli sürüblər.

İsa Qəmbər 1992, 1995, 1997, 2001 və 2006-cı illərdə partiya başqanı seçilib və 2014-cü ilədək bu postu tutub.

Hazırda Müsavat Partiyası Məclisinin üzvüdür.

Seçilən
56
Mənbələr
Şərh ()
Bağla