AZ

Depardye təcavüzə görə mühakimə olunacaq

Fransalı aktyor Jerar Depardyenin cinsi qısnama ittihamı ilə məhkəməsi bu ilin oktyabrında baş tutacaq. Bu barədə Paris prokurorluğuna istinadən BFMTV telekanalı məlumat yayıb.

Bundan əvvəl kp.ru nəşri Depardyenin bu iş üzrə uzun sürən sorğu-sualdan sonra Parisdəki polis komissarlığını tərk etdiyini bildirib.

Aprelin 29-da Depardye cinsi qısnama ittihamı ilə saxlanılıb. İki qadın zorakılıq barədə məlumat verib.
Biri iddia edir ki, aktyor 2014-cü ildə “Sehrbaz və Siam” filminin çəkilişi zamanı “əllərini bütün bədəninə sürtüb” və sonra ona “nalayiq sözlər” deyib.
İkincisi şikayət edib ki, Depardye 2021-ci ildə “Yaşıl Panjurlar” filminin çəkiliş meydançasında ona təcavüz edib.
Müxtəlif vaxtlarda təxminən iyirmi qadın aktyoru təqib etməkdə günahlandırıb, bir aktrisa hətta intihar edib, lakin Depardye özü bütün ittihamları rədd edib.

Ayxan 

Seçilən
134
31
Mənbələr
Şərh ()
Bağla