AZ

Avropa Komissiyasının baş direktoru Azərbaycana gələcək

Avropa Komissiyasının Genişlənmə və Qonşuluq Siyasəti üzrə baş direktoru Gert Yan Kopman bu həftə Cənubi Qafqaz ölkələrinə səfər edəcək.

Editor.az bildirir ki, bu barədə məlumatı Avropa İttifaqının Ermənistandakı nümayəndəliyindən bildiriblər. Dəqiqləşdirilir ki, AK rəhbərinin turu çərşənbə axşamı, aprelin 30-da başlayacaq və mayın 4-də başa çatacaq.

Səfər çərçivəsində Kopman Ermənistana gələcək, daha sonra Gürcüstan və Azərbaycana səfər edəcək: “Turun məqsədi ikitərəfli və regional əməkdaşlıq məsələlərini müzakirə etmək, həmçinin yeni təşəbbüslərlə çıxış etməkdir”, – Aİ-nin nümayəndəliyindən bildiriblər.

//Samir Qurbanov, Editor.az

Seçilən
49
6
Mənbələr
Şərh ()
Bağla