- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
"Sabah"ın qapıçısı Yusif İmanov Premyer Liqanın 32-ci turunda "Səbail" üzərində qələbə qazandıqları (2:0) matç haqda Sportinfo.az-a müsahibə verib.
- Qələbəni necə şərh edərdin?
- Yaxşı qələbə qazandıq. "Səbail" yaxşı rəqibdir. Meydanda daha yaxşı mübarizə aparıb, sonda qələbə qazanan tərəf olduq.
- Rəqib baş məşqçi sizi oyunun qəhrəmanı adlandırdı. Bu fikirlə razılaşırsan?
- Şahin müəllimə xoş sözlərinə görə təşəkkür edirəm. Amma deməzdim ki, oyunun qəhrəmanıyam. Bütün yoldaşlarım yaxşı oyandı. Mən də komandanın bir parçası olaraq sevinirəm ki, qələbə qazanmağımıza kömək edə bildim.
- Maraqlıdır, bəs yaxşı keçirdiyin oyuna görə paltardəyişmə otağında Renduliçdən hansı sözləri eşitdin?
- Hər birimizi bir-bir təbrik etdi.
- "Sabah" bütün komanda olaraq bu matça xüsusi hazırlaşırdı. Medal qazanmaq uğurunda tamam-davam matçı deyə bilərik?
- Son beş oyun qalırdı. Hər biri bizim üçün "tamam-davam" matçıdır. Hər oyuna final kimi yanaşırıq. Birini uğurla arxada qoyduq. İnşallah, növbəti 4 görüş də bizim arzuladığımız kimi başa çatar.
- Rəqibin də bu gün yaxşı imkanları oldu. Səncə, qarşılaşmanın taleyini həll edən nə oldu?
- Düşünürəm ki, ilk hissədə vurduğumuz qollar bizi qələbəyə apardı.
- Enşli-yoxuşlu mövsüm keçirdiniz. Son 3 oyundakı qələbələrlə özünüzə tam gələ bilmisiniz, yoxsa hələ zaman lazımdır?
- Buna çalışırıq. Yeni baş məşqçi ilə komanda istəklidir. Onun tapşırıqlarını meydanda icra etməyə çalışırıq. İnşallah, daha da yaxşı olmağa çalışacağıq.
XANOĞLAN İMANOV