AZ

10 gündür hər gecə çəkilişdədir!

Aparıcı-aktrisa Kəmalə Piriyeva gülüş doğuran paylaşımıyla diqqət çəkib.

OLAY yazır ki, o, türkiyəli sənətçi Yıldız Tilbenin məşhur “Mən bu işə başlamadan öncə “səfeh” deməyi bilmirdim. İndi Günəş üzü görməmiş söyüşlər söyürəm yeri gələndə. Əsəb nədir bilmirdim. İndi heç nə olmadığı vaxt əsəbiləşirəm” sözləriylə videosunu izləyiciləriylə bölüşüb.

Kəmalə paylaşımına “10 gün ard-arda gecə çəkilişlərindən sonra mən. Gecədən səhərə kimi çalışmağın fəsadları” şərhini yazıb.

Qeyd edək ki, Piriyeva bu günlərdə “Qapı” adlı filmdə rol alır.

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla