AZ

Depardye oktyabrda məhkəmə qarşısına çıxacaq


Oktyabrda Fransada məhşur aktyor Jerar Depardyeyə qarşı məhkəmə prosesi keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BFMTV Paris prokurorluğuna istinadən məlumat yayıb.
Bildirilir ki, zorakılıqda təqsirləndirilən aktyorun məhkəməsi cinayət işi üzrə birinci instansiya məhkəməsində keçiriləcək.
Qeyd edilir ki, məhkəməyə çağırış vərəqəsi 75 yaşlı aktyora polis komissarlığında dindirildikdən sonra verilib. İddia edilir ki, hadisə 2021-ci ilin sentyabrında “Yaşıl Panjurlar” (Les volets verts, 2022) filminin çəkilişləri zamanı iki qadına qarşı baş verib.
Seçilən
31
Mənbələr
Şərh ()
Bağla