AZ

Nadal 16 yaşlı rusiyalı tennisçini xəstəxanada ziyarət edib

Məşhur ispan tennisçi Rafael Nadal əlindən əməliyyat olunan rusiyalı tennisçi 16 yaşlı Alina Korneevaya xəstəxanada baş çəkib.

32gun.az bildirir ki, bu barədə gənc tennisçi özü sosial şəbəkədə məlumat verib.

“Bu günlərdə mənə çoxlu isti mesajlar və şərhlər gəldi. Sürprizlərdən biri Rafael Nadalın Barselonaya səfəri olub. Hər kəsə sevgi və dəstəyə görə təşəkkür edirəm”, - deyə Korneeva yazıb.

Qeyd edək ki, 2022-ci ilin yanvarında Korneeva karyerasında ilk qələbəsini Böyük Dəbilqə yarışında qazanıb. Korneeva İspaniya təmsilçisi Sara Sorribes Tormonu ağardıb. 2 saat 19 dəqiqə davam edən görüş 4:6, 6:3, 6:2 hesabı ilə başa çatıb.

Xatırladaq ki, 2022-ci il fevralın sonunda Beynəlxalq Olimpiya Komitəsi (BOK) beynəlxalq idman federasiyalarına müraciət edərək, Rusiya və Belarus idmançılarını heç bir yarışa buraxmamağı tövsiyə edib.

BOK-un İcraiyyə Komitəsinin martın 28-də keçirilən iclasında idmançılar hərbi əməliyyatların dəstəklənməsində fəal iştirak etməsələr, ruslara neytral statusda icazə verilməsi tövsiyə olunub. Tennis turnirlərində Rusiya idmançıları milli bayraqsız yarışırlar.
Ayxan 

Seçilən
15
Mənbələr
Şərh ()
Bağla

Reytinq

2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
25930
Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
25204
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18099
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
14343
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14120
Sabah 20 dərəcə isti olacaq
9366
May ayında Azərbaycana qar yağdı - VİDEO
8672
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8408
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8329
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7119
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7069
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6959
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
6737
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6345
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6308
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6304
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
5923
Azərbaycan nefti ucuzlaşıb
5798
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
5672
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
5662