AZ

Oklahoma ştatında tornado nəticəsində 4 nəfər həlak olub

ABŞ-ın Oklahoma ştatında güclü yağışlarla müşayiət olunan şiddətli tufan nəticəsində biri uşaq olmaqla 4 nəfər həlak olub. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə CNN yerli fövqəladə hallar departamentinə istinadən məlumat yayıb.

Ştat qubernatoru Kevin Stitt Oklahoma ştatında fövqəladə vəziyyət elan edib.

Bölgə 136 mil/saat (218 km/saat) və ya daha çox küləyin əsməsi ilə tornadolar yaradan bir siklon tərəfindən vurulub.

Salfer şəhərində 30-a yaxın adam yaralanıb, onlardan bəziləri xəstəxanaya yerləşdirilib.

Stitt bildirib ki, şəhərin mərkəzindəki bütün müəssisələr məhv olub. Qubernator tornadodan zərər çəkmiş ərazilərə baş çəkmək niyyətindədir.

Nazlı

Seçilən
74
Mənbələr
Şərh ()
Bağla

Reytinq