AZ

Albaniya - Azərbaycan matçının məkanı və başlama saatı bəlli oldu

Futbol üzrə Albaniya və Azərbaycan yığmaları arasında bu il iyunun 7-də keçiriləcək yoldaşlıq matçının məkanı və başlama saatı bəlli olub.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Azərbaycan milli komandasının Albaniya yığması ilə görüşü iyunun 7-də Macarıstanda keçiriləcək. Bu ölkənin qərbində yerləşən Sombathey şəhərindəki “Haladas SportKomplexum” stadionunda baş tutacaq oyuna Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Seçilən
174
16
Mənbələr
Şərh ()
Bağla