AZ

Avstriyada parlament seçkisi öncəsi müxalifətə qarşı təhqiqata başlayıb

Avstriyanın iqtisadi və korrupsiya cinayətləri üzrə prokurorluğu ölkənin ən populyar müxalifət partiyasının bir neçə siyasətçisi ilə bağlı araşdırmaya başlayıb...“Report” xəbər verir ki, bu barədə “Standard” qəzeti yazıb.Avstriyanın sağçı mühafizəkar Azadlıq Partiyasından (APP) bir neçə siyasətçi öz fəaliyyətlərinin müsbət işıqlandırılması müqabilində ölkənin media orqanında reklam almaqda şübhəli bilinir.Söhbət 2017-2019-cu illərdən gedir, o zaman APP Avstriya Xalq Partiyası (AXP) ilə hakim koalisiyaya daxil idi və AXP-yə keçmiş kansler Sebastyan Kurts rəhbərlik edirdi.Digər məsələlərlə yanaşı, prokurorluğun sənədlərində keçmiş vitse-kansler Haynts-Kristian Ştraxın, eləcə də keçmiş daxili işlər naziri, hazırda APP-nin sədri Herbert Kiklin adları var.Avstriya parlamentinə seçkilər 2024-cü ilin payızında keçirilməlidir.APS son həftələr sorğularda lider mövqeləri tutur, vətəndaşların təxminən 30%-i bu partiyaya səs verməyə hazırdır.Poliqon.info

Seçilən
5
Mənbələr
Şərh ()
Bağla

Reytinq