AZ

Tomas Tuxel: “Real” sizə elə qollar vurar ki, heç xəbər tutmazsınız”

“Bayern”in baş məşqçisi Tomas Tuxel komandasının Çempionlar Liqasının yarımfinalında qarşılaşacağı “Real” haqda fikirlərini paylaşıb.

Arena.az “Bayern & Germany” dərgisinə istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Artıq biz təhlilçilərimizin köməyi ilə onları bir neçə dəfə müşahidə etmişik. “Real”ın necə qol vurmağa başladığının fərqinə belə, varmaya bilərsən. Bu komanda əla fərdi keyfiyyətlərə və keçid mərhələlərində oyuna malikdir. Onlar həmişə təhlükə yaradırlar, irəliləməyə və qalib gəlməyə qadirdirlər. “Real” çətin anlara tab gətirə bilir, müvafiq halı bəyənirlər”, deyə Tuxel bildirib.

Alman mütəxəssis həmçinin “qaymaqlılar”ın baş məşqçisi, italyan mütəxəssis Karlo Ançelotti haqda da danışıb:

“Karloya qarşı oynamaq həmişə xüsusi bir məqamdır. Çalışacağıq ki, onun komandasına fəsad yaradaq. Bizə stadionda azarkeşlər gərəkdirlər. Hər iki komandanın yarışım finalına çıxmaq imkanı eynidir. Biz bu çağırışı qəbul edirik”, deyə Tomas Tuxel qətiyyətlə vurğulayıb.

Xatırladaq ki, komandalar arasında ilk oyun aprelin 30-da Münhendə baş tutacaq. Cavab oyunu mayın 8-də Madriddə keçiriləcək. Hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla