AZ

"Kəpəz"də Adil Şükürova ünvanlanan MESAJ NƏDİR? - FOTO

“Kəpəz” Premyer Liqanın 32-ci turunu qələbə ilə qapadı.

“Qəbələ”nin qonağı olan Qərb təmsilçisi 7-ci dəqiqədə Martins Juniorun vurduğu qolla 3 xala sevinən tərəf oldu.

Premyer Liqada qalmağı rəsmiləşdirən qələbədən məmnun olan qonaq fanatlar baş məşqçi Adil Şükürova çağırış etmələri ilə də yadda qaldılar.

Belə ki, oyunun gedişində komandanın ən sadiq azarkeş qrupu olan “Xəmsə” “Ümid Səmədov – 17 C” yazılmış pankart açıb.

Ardınca “Adil müəllim, bizim Ümidimiz var” – deyə şuar səsləndiriblər.

Fanatlar bununla çalışdırıcıya gənc futbolçunu oynatması ilə bağlı mesaj yollayıblar.

Səmədov əvəzedici komandanın kapitanıdır. Uzun müddətdir əsas komandaya cəlb edilir.

Lakin gəncəli futbolçu A komandasında debüt etməyib.

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla