AZ

"Bizim vətəndaşlarımız  Rusiyada döyülür": Tacikistan XİN Rusiya səfirinə etiraz notası təqdim edib

"Tacikistan vətəndaşlarına qarşı belə davranıış iki ölkə arasında münasibətlərin ruhu və ənənələri ilə bir araya sığmır..."
 
Bu gün Tacikistan XİN Rusiyanın Düşənbədəki səfiri Semyon Qriqoryevə etiraz notası təqdim edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "ozodi.org" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, buna səbəb "Rusiya Federasiyasının ərazisində Tacikistan vətəndaşlarına qarşı açıq-aşkar neqativ münasibətin kütləvi hal alması, habelə hər yerdə onların hüquq və azadlıqlarının pozulması ilə bağlı ciddi təşviş olub".
 
Bu barədə respublika XİN İnformasiya Departamentinin rəhbəri Şahin Səmədi "Asiya-Plyus" informasiya agentliyinə məlumat verib.
 
Onun sözlərinə görə, "belə davranış istisnasız olaraq Tacikistan vətəndaşlarına qarşı sərgilənir, bu da iki ölkə arasında münasibətlərin ruhu və ənənələri ilə bir araya sığmır".
 
Bundan öncə xəbər verildiyi kimi, rusiyalı sərhədçilər Moskva ətrafındakı "Cristal City Hall" konsert salonunda baş vermiş terror aktının izilə taciklərə qarşı hədsiz  "öcəşkənlik" nümayiş etdirir, habelə "tacik işidçilərlə" digər insidentlər yaradır.
 
Hər şeydən göründüyü kimi, etiraz notasını təqdim etməzdən öncə Düşənbə respublka vətəndaşlarının Rusiyaya buraxılmasını diplomatik vasitələrlə həll etməyə cəhd edib. Ötən cümə günü bu məsələ Tacikistan XİN-də səfir Qriqoryevlə görüşdə qaldırılıb.
 
Görünür, rusiyalı diplomatla söhbət kömək etməyib. Şənbə günü axşam Tacikistan XİN öz vətəndaşlarına Rusiyaya səfərlərdən çəkinmək barədə tövsiyə edib.
 
Buna səbəb aprelin 27-ə olan məlumata görə Moskvanın "Vnukovo" hava limanında Tacikistanın 954 vətəndaşının saxlanılması olub.
 
XİN dəqiqləşdirib ki, onlar "lazımi sanitar şəraitdən" məhrum edilib, isti yeməklə təmin edilmir. 
 
Diplomatlar qeyd edib ki, bu məhdudlaşdırıcı tədbirlər Rusiya tərəfindən yalnız Tacikistan vətəndaşlarına qarşı tətbiq edilir.
 
Respublika XİN əlavə edib ki, saatlarla gözlədikdən sonra Rusiya ərazisinə 322 nəfər buraxılıb, 306 nəfər isə deportasiya edilib.
Seçilən
36
Mənbələr
Şərh ()
Bağla