AZ

Növbəti super güc Türkiyədir?

Müdafiə xəbərləri hazırlayan “The National Interest” jurnalında dərc olunan məqalədə TCG Anadolu-dan sonra inkişaf etdirilən ikinci təyyarə gəmisi ilə Türkiyənin dəniz qabiliyyəti müzakirə edilib.

News24.az xəbər verir ki, məqalədə bildirilib ki, çoxməqsədli amfibiya hücum gəmisi TCG Anadolu Türkiyə Hərbi Dəniz Qüvvələrinə qatıldıqdan sonra Türkiyə ikinci təyyarədaşıyan gəmisini inkişaf etdirərək dəniz imkanlarını artırıb.

Qeyd edək ki,  TCG Anadolu-nun istismara verilməsindən sonra ikinci təyyarədaşıyıcı gəmisi üçün hazırlıqların davam etdiyi və TCG Anadolu-nun Türkiyənin dəniz muxtariyyətində daha bir addımı təmsil etdiyi bildirilib.

TCG Anadolu-nun 70%-nin yerli istehsal olduğu və ikinci təyyarədaşıyıcının tamamilə yerli istehsal ediləcəyi vurğulanıb.

Prezident Rəcəb Tayyib Ərdoğanın TCG Anadolu-nun “Türkiyə Yüzyılının təmsilçisi” olduğuna dair sözlərinə istinad edilən məqalədə bunlar qeyd edilib:

"İnsanlı və pilotsuz uçuş aparatlarını dəstəkləmək üçün nəzərdə tutulan daşıyıcı əhəmiyyətli bir hava qanadı tutumuna sahib olacaq. Qabaqcıl müdafiə sistemləri ilə təchiz olunacaq ki, bu da Türkiyənin dəniz gücünü və imkanlarını genişləndirmək əzmini vurğulayır".

Günel Məlikzadə


Seçilən
33
Mənbələr
Şərh ()
Bağla

Reytinq