AZ

Rusiyadan Blinkenin çağırışına CAVAB

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün "Telegram" kanalında ABŞ dövlət katibi Antoni Blinkenin Ukrayna münaqişəsinin beynəlxalq ictimaiyyətin maraqları və BMT Nizamnaməsi əsasında müzakirə edilməsinin zəruriliyi ilə bağlı bəyanatına cavab verib. 

"Unikal"ın məlumatına görə, o xatırladıb ki, Rusiya 2022-ci ildə danışıqlar təklifinə konstruktiv cavab verməyə hazır olduğunu təsdiqləyib.

Diplomat həmçinin qeyd edib ki, Rusiya Federasiyası Minsk razılaşmaları və onların BMT Təhlükəsizlik Şurasının qətnaməsi şəklində konsolidasiyası təşəbbüsü ilə artıq beynəlxalq hüquqa hörmət nümayiş etdirib.

Zaxarovanın sözlərinə görə, Ukrayna prezidenti Volodimir Zelenskini Moskva ilə danışıqlara qadağa qoymağa məcbur edən ABŞ olub. 

Seçilən
45
4
Mənbələr
Şərh ()
Bağla