AZ

Olimpiada Fransaya kifayət qədər baha başa gələcək...

...Fransa Olimpiya Oyunlarının təşkilinə xərcləmələr üzrə çempion adı uğrunda Yunanıstan və Böyük Britaniya ilə yarışıb, onları geridə qoymaq istəyir.

SİA-nın əldə etdiyi məlumata görə, TVL-nin köşə yazarı Filip Beçad bunu bəyan etməklə guya... zarafat edir?

Qeyd edək ki, rəsmi məlumatlara görə, ilkin büdcə artıq 6,5 milyard avrodan çox keçib.

Xatırladaq ki, prezident Makron daha əvvəl Olimpiya Oyunlarının keçirilməsinin Fransa xəzinəsinə təxminən 6 milyard avro qazandıracağını demişdi.

Amma görünən odur ki,..belə getsə,Fransa “aldım qoz, satdım qoz” prinsipi ilə heç nə qazanmayacaq.

Əslində bu elə də təəccüblü görünməməlidir. Çünki son beş ildə bütün ölkələr olimpiya oyunlarını itki ilə keçiriblər.

Bu arada xoşagəlməz sürprizlərin biri də oyunlar zamanı üç və ikiulduzlu otellərin zəif dolması ilə bağlıdır.

...Açılış mərasimi və final yarışlarına biletlərin qiyməti London Olimpiadası ilə müqayisə oluna bilər: 600-1000 avro arası.

Ehtimallara görə,açılış mərasimi büdcəyə bir neçə yüz milyon avro gəlir gətirməlidir, lakin biletlər ləğv edilsə və geri qaytarılarsa,.. kəsir artacaq.

Ağasəf Babayev

Seçilən
103
Mənbələr
Şərh ()
Bağla