AZ

Gürcüstan parlamentində dava – Deputat həmkarını butulka ilə vurdu / VİDEO

Gürcüstan parlamentində deputat Xatiya Dekanoidze “Xarici agentlər haqqında” qanunun müzakirəsi zamanı həmkarı Quram Maçaraşvilini butulka ilə vurub.

KONKRET.az xəbər verir ki, bu barədə yerli “Birinci Kanal” məlumat yayıb.

Qeyd olunur ki, Dekanoidze ilə Maçaraşvili arasında münaqişə şifahi mübahisə ilə başlayıb. Daha sonra deputat üçün mikrofon söndürülüb, lakin o, çıxışına davam edib və buna görə komitə sədri Anri Oxanaşvilidən töhmət alıb. Onun zalı tərk etməsi tələb olunub.

Dekanoidze buna cavab olaraq parlament üzvlərini “ruslar” adlandırıb, buna görə Maçaraşvili onu Ukrayna ilə əlaqələrdə ittiham edib. Qadın əvvəlcə rəqibini plastik butulka ilə vurub, sonra isə əşyanı ona tərəf atıb.

Seçilən
108
Mənbələr
Şərh ()
Bağla