AZ

Ukrayna artıq Vaşinqtonun vəd etdiyi silahları alır...

Ağ Evin mətbuat katibi Karine Jan-Pier, Kiyev hakimiyyətinin ABŞ-ın daha əvvəl yenilənmiş hərbi yardım proqramı çərçivəsində elan etdiyi silahları artıq aldığını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə jurnalistlərə açıqlama verib.

...Ukraynaya kömək gəlir. Onlar hazırda bu dəstəyi təhlükəsiz şəkildə alırlar.

Qeyd edək ki, RİA Novosti Jan-Pierin sözlərini sitat gətirir. Xatırladaq ki, aprelin 24-də prezident Cozef Bayden Ukraynaya və ABŞ-ın digər müttəfiqlərinə kömək üçün qanun imzalayıb.

Ağ Ev qeyd edib ki, ABŞ-ın Ukraynaya verdiyi silahların bir hissəsi artıq Polşadadır.

Nazlı

Seçilən
81
Mənbələr
Şərh ()
Bağla