AZ

Leopardla fotoqrafın bu görüntüləri viral oldu - FOTOLAR

Təbiətdəki bir ağacın altında yuxuya getmiş vəhşi təbiət fotoqrafı az sonra yumşaq bir dürtmə ilə yuxudan oyanıb. Gözlərini açanda yanında bir leopard görüb. Onların birlikdə olan şəkilləri tezliklə viral olub, sosial şəbəkələrdə hər kəsin diqqətini çəkib. 

 

Sfera.az bildirir ki, Dolf Uoker heyvanlar və vəhşi təbiət üzrə ixtisaslaşmış fotoqraf və həvəskardır. Onun könüllü səfərlərindən birində (Cənubi Afrikadakı “Cheetah Experience” təbiət qoruğunda) heyrətamiz bir hadisə baş verib.

 

Uolker itini itirdikdən sonra həyatda yeni bir missiya tapıb. O, heyvanların hüquqlarının müdafiəsi və nəsli kəsilməkdə olan növlər haqqında məlumatlılığın artırılması ilə məşğul olub. Beləliklə, o, şirlərin, bəbirlərin və leopardların vəhşi təbiət təhlükələrindən sığınacaq tapdığı “Cheetah Experience”ə də baş çəkmək qərarına gəlib. 


Kölgədə ağacın altında yuxuya gedən Uolker yumşaq bir təkandan silkələnib. Gözünü açanda nəyin qucağında olduğunu görən Uolker şoka düşüb.

 

Dolph Walker tərəfindən çəkilmiş fotoşəkil
 

Uolker yuxuya gedəndə Eden adlı leopard ona yaxınlaşıb. Leopard, yəqin ki, kişinin varlığı ilə maraqlanıb və onun yanında uzanmaq istəyib. Leopardın etibarından və sevgisindən çox sevinən Uolker heyrətə düşüb.

 

Fotoqraf fürsəti əldən verməyib, kamerasını əlinə alıb və qeyri-adi anı lentə almağı bacarıb. Onun çəkdiyi kadrlarda Edenin heç də aqressiv görünmədiyini, əksinə adama qarşı gözlənilməz mərhəmət göstərdiyini görmək olur.

 

Aynil

Sfera.az

Seçilən
81
Mənbələr
Şərh ()
Bağla