AZ

Özbəkistan millisi ilk dəfə Olimpiadaya vəsiqə qazandı

Futbol üzrə Özbəkistan yığması 23 yaşadək futbolçular arasında Asiya Kubokunun yarımfinalında İndoneziya yığmasını 2:0 hesabı ilə məğlub edərək Paris Olimpiadasına vəsiqə qazanıb. Metbuat.az xəbər verir ki, yarış Qətərdə keçirilir. Asiya Kubokunun nəticələrinə əsasən üç ən yaxşı komanda Olimpiya turnirinə vəsiqə qazanacaq.

Özbəkistan komandası turnirin finalında Yaponiya və İraq yığmaları arasında keçirilən oyunun qalibi ilə qarşılaşacaq. Özbəklər qalib gəlsələr, Paraqvay, Mali və İsrail komandaları ilə eyni qrupa düşəcəklər. Özbəkistan komandası məğlub olacağı təqdirdə ispanlar, misirlilər və dominikanlarla qarşılaşacaq.

Seçilən
98
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq