AZ

"Mediasiyanın həyatımızdakı rolu" adlı layihə həyata keçirilib - FOTOLAR

YAP Nərimanov rayon təşkilatının akt zalında Azərbaycan Respublikasının Gənclər Fondunun və "Gənclərin Maarifləndirilməsinə Dəstək" İctimai Birliyinin təşkilatçılığı, o cümlədən Mediasiya Şurası və Bakı 4 saylı Mediasiya Təşkilatının iştirakı və dəstəyi ilə "Mediasiyanın həyatımızdakı rolu" adlı layihə həyata keçirilib.
QHT.az xəbər verir ki, tədbir dövlət himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb. Tədbiri giriş sözü ilə açan İctimai Birliyin sədri Aynurə Salmanlı tədbir iştirakçılarını salamlayaraq, layihənin məqsədi və mediasiyanın gənclərin həyatında rolunun önəmi barədə məlumat verib.
Daha sonra Bakı 4 saylı Mediasiya Təşkilatının rəhbəri Cabbar Həsənov tədbir iştirakçılarına Şuranın rəhbərliyinin salamlarını çatdırmaqla, təşkilatın gördüyü işlər barədə qısa məlumat verib. Cabbar Həsənov mediasiya haqqında Qanunvericilik, mediasiyanın vacibliyi, onun cəmiyyətdə rolu, mediasiyanın tətbiqi məsələləri barədə və mediasiya institutu ilə bağlı geniş maarifləndirici təlim xarakterli çıxış edib. Eyni zamanda təşkilatın mediatorları Elçin Həsənov, Pəri Əhmədova, Ayaz Süleymanov ailə, əmək və kommersiya mübahisələri zamanı mediasiyanın tətbiqi və əldə olunan sazişlər, onların əhəmiyyətindən danışıb.
Təlimdə həm də mediasiya prosesi ilə bağlı mediatorların iştirakı ilə rol oyunu - simulyasiya keçirilərək, proses canlı olaraq praktik əsasda təqdim edilib.
İştirakçı gənclərin suallarının cavablandırılması ilə davam edən tədbir fəqlənən iştirakçıların sertifikatla təltif edilməsi və xatirə şəkli çəkilməklə yekunlaşmışdır.
 

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla