AZ

"Gənclərimizin bəzi neqativ yollara meyillənməsi çox ciddi fəsadlara yol açır" - QHT sədri

"Sağlam nəsil, sağlam gələcəyimizdir. Təəssüflər olsun ki, gənclərimizin bəzi neqativ yollara meyillənməsi çox ciddi fəsadlara yol açır. Bunlardan ən dəhşətlisi gənclərimizin narkotikə,ağ ölümə meyillənməsidir.Narkomaniya ilə mübarizə və gənc nəslin yetişdirilməsi yolunda hər birimiz qüvvə və bacarığını ortaya qoymalıdır.Biz 44 günlük Vətən savaşının və antiterror əməliyyatının qəhrəmanları olan gənclərimizə borcluyuq".
QHT.az xəbər verir ki, bu sözləri Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli bildirib. O, qeyd edib ki, bu gün Imişlidə Heydər Əliyev mərkəzinin və Imişli Təhsil şöbəsinin təşkilatçılığı ilə yüzdən artıq gəncə "Narkomaniyaya yox deyək" konfransında geniş təqdimatla mühazirəm olduqca maraqlı və əhəmiyyətli oldu: "Konfransa qatılan müəllimlərə,Imişli uşaq yaradıcılıq mərkəzinin,Gənclər Nazirliyinin əməkdaşlarına təşəkkür edirəm. Təşkilati dəstəyə görə H.Əliyev Mərkəzinin və Imişli Təhsil şöbəsinin əməkdaşlarına sağ olun deyirəm!"

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla

Reytinq