AZ

Çin Yaponiyanın yarımkeçiricilərin satışına nəzarət planlarını zərərli adlandırıb

Çin hesab edir ki, Yaponiyanın yarımkeçiricilər ixracına mümkün nəzarəti gücləndirməsi ikitərəfli və beynəlxalq ticarətə zərər verəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti Çin Xalq Respublikasının Ticarət Nazirliyinə istinadən məlumat yayıb.

“Müvafiq tədbirlər… Çin və Yapon şirkətləri arasında normal ticarət mübadiləsinə ciddi təsir göstərəcək, bütün tərəflərə zərər verəcək, həmçinin qlobal təchizat zəncirinin sabitliyinə zərər verəcək”, – Çin Xalq Respublikasının Ticarət Nazirliyi bildirib.

Ticarət Nazirliyi Yaponiyanı bu təcrübəyə əməl etməməyə və tədarük sabitliyini qorumağa diqqət yetirməyə çağırıb. Əks halda ÇXR öz şirkətlərinin maraqlarını qorumaq üçün tədbirlər görəcəyini vəd edib.

Seçilən
98
Mənbələr
Şərh ()
Bağla