AZ

Levandovskinin het-triki “Barsa”ya 3 xal qazandırıb

İspaniya La Liqasında 33-cü tura yekun vurulub.

İdman.biz xəbər verir ki, “Barselona” “Valensiya” ilə qarşılaşıb.

Kataloniya klubu öz meydanında əzmkar qələbə qazanıb. İlk hissəni “Valensiya” üstün bitirib. Amma komandanın qapıçısının qırmızı vərəqə alması oyunun gedişinə təsir edib. Fasilədən sonra Levandovski het-trik edərək, “Barselona”ya 4:2 hesablı qələbə qazandırıb.

Bu qələbədən sonra 73 xal toplayan Xavinin komandası 2-ci pilləyə yüksəlib.

İspaniya La Liqası
33-cü tur

“Barselona” – “Valensiya” – 4:2

İdman.biz

Seçilən
97
Mənbələr
Şərh ()
Bağla