AZ

“Threads” Türkiyədə bağlandı

“Threads” tətbiqi Türkiyədə bağlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu, Türkiyənin Rəqabət Qurumunun qərarı ilə olub.

Belə ki, Qurum keçən ay “Threads” və “Instagram” tətbiqlərini birləşdirərək dominant mövqeyindən sui-istifadə etməkdə şübhəli bilinərək başlayan istintaqda “Meta”ya qarşı müvəqqəti qərar vermişdi. Bu çərçivədə 29 apreldən etibarən “Threads”a Türkiyədən daxil olmaq mümkün deyil.

Qeyd edək ki, 2023-cü ilin iyulunda bütün dünyada istifadəyə verilən “Threads” cəmi 2 saat ərzində 2 milyon istifadəçiyə çatdı. Tətbiq 5-ci günün sonunda 100 milyon istifadəçini keçdi. Sonradan böyümə sürətində yavaşlama göstərən “Threads” hazırda təxminən 150 milyon aylıq aktiv istifadəçiyə malikdir.

Seçilən
11
2
Mənbələr
Şərh ()
Bağla