AZ

“Onda kasıb adamlar piyada gedirdilər, indi imkanlılar...”

"O vaxt pulumuz yox idi, atamgil də əziyyət çəkməsinlər deyə oxuduğum universitetə kilometrlərcə yolu piyda gedirdim".

Milli.Az bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri teleaparıcı Xoşqədəm Hidayətqızı deyib.

O, illər öncə yaşadığı çətinliklərdən danışıb:

"6-7, hətta 10 kilometr yolu piyada getmişəm. Sən demə, bu, idman imiş. Onda kasıb adamlar piyada gedirdilər, indi imkanlılar... 97-ci ilə qədər marşruta belə minməyə  pulumuz olmayıb. Çətin idi. Atamgil məcburi köçkün idilər. İmişlidə çadırda qalırdılar. Onları incitməmək üçün demirdim. Bu günümüzə şükür. O qədər çətinliklər görmüşük ki..."

Teleaparıcı Naxçıvan Dövlət Universitetində təhsil aldığı dönəmlərdən də söz salıb:

"92-93-cü illər idi. Naxçıvanın ən çətin zamanları idi illər. Orada məcbur idim piyada gəzməyə. Bəzən heç tramvay da işləmirdi. Universitetə piyada gedib, piyada da qayıdırdım. Bakıda da oxuyanda piyada gedirdim universitetə".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
120
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq