AZ

Türkiyəli üç aktrisa “Dünyanın Ən Gözəl 100 Qadını” siyahısında – FOTO

“TC Candler” və “Independent Critics” ən prestijli gözəllik reytinqlərindən biri olan “Dünyanın Ən Gözəl 100 Qadını” siyahısını dərc edib.

KONKRET.az xəbər verir ki, siyahıda üç türkiyəli aktrisanın da adı var.

Beləliklə, “Kızılcık Şerbeti” serialında “Doğa” obrazı ilə sevilən Sıla Türkoğlu türkiyəli gözəllər arasında ən yüksək reytinqə malik olub. O, siyahının 33-cü yerində qərarlaşıb.

Ondan 10 sıra geri qalan aktrisa Özge Yağız 43-cü yerdədir. Qeyd edək ki, gənc aktrisa “Safir” serialından tanınır və sevilir.

Ötən il də siyahıda olan Hande Erçel bu il geriləsə də, siyahıda qalmağa davam edir. Bu dəfə o, 53-cü yerdə qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
134
5
Mənbələr
Şərh ()
Bağla