AZ

“Tarixdə bu gün” - 30 aprel...

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.

 

30  aprel tarixində baş vermiş əhəmiyyətli hadisələrə nəzər salaq.

 

30 aprel 2009-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi baş verib:

 

Səhər saatlarında bir nəfər silahlı şəxs Neft Akademiyasının binasına daxil olaraq, ətrafdakılara atəş açmağa başlayır. Ölənlərin sayı 13, yaralıların sayı 10-dur. Yaralıların 3-ü xarici vətəndaşdır. Onlardan ikisi Sudan, biri isə Suriya vətəndaşıdır.

İstintaq nəzəriyyəsinə əsasən, öldürən şəxsin Gürcüstan vətəndaşı Marneuli sakini 29 yaşlı Fərda Əsəd oğlu Qədirov olduğu ehtimal olunur. İlkin versiyaya görə hadisəni törədən şəxs özü-özünü güllələyib.

 

30 aprel Beynəlxalq Caz Günüdür:

 

Hər il aprelin 30-u dünyada Beynəlxalq Caz Günü kimi qeyd edilir. 2012-ci ildə UNESCO tərəfindən elan edilən bu gün dünyanın cazsevər ölkələrində keçirilən konsert proqramları ilə yadda qalır. Əlamətdar gün hər il dünyanın 190-dək ölkəsində qeyd edilir.

 

30 aprel 1993-cü ildə dünya miqyasında mühüm və ən geniş ünsiyyət şəbəkəsi olan “World Wide Web” (www) yarandı:

 

CERN "www" proqramı üzərindəki müəlliflik hüququnu aradan qaldırdıqdan sonra internetin istifadəsi hər kəsə sərbəst oldu, açıq qaynaq halına gəldi və bu sahə sürətlə genişlənməyə başladı.

 

30 aprel 1937-ci dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operasının ilk tamaşası oldu:

 

Bu əsərin səhnəyə qoyulmasında Azərbaycanın tanınmış incəsənət xadimləri fədakarlıq göstəriblər. İstedadlı rəssam Rüstəm Mustafayev, rejissor İsmayıl Hidayətzadə, baletmeyster İqor Arbatov, o cümlədən baş rolun ifaçısı Bülbül, balerina Qəmər Almaszadə və başqaları operanın ərsəyə gəlməsinə böyük əmək sərf ediblər.

 

70 ildən çoxdur ki, “Koroğlu” operası Azərbaycan Dövlət Opera və Balet Teatrının repertuarından düşmür.  

 

30 aprel 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası Azərbaycanın Kəlbəcər rayonunun erməni silahlı qüvvələri tərəfindən işğalı barədə 822 nömrəli qərar qəbul etdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla