AZ

Elektron siqaretdən istifadə edən gənclərin DİQQƏTİNƏ

Nebraska Universitetinin alimləri elektron siqaretin gənclərə təsirini araşdırıblar.

News24.az xəbər verir ki, tədqiqata gündə ən azı səkkiz dəfə elektron siqaret istifadə etdiyini bildirən 13-17 yaş arası gəncləri əhatə edib.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, müntəzəm olaraq elektron siqaret çəkən gənclərin sidiklərində ara-sıra siqaret çəkənlərə nisbətən 30 faiz çox qurğuşun və iki dəfə çox uran olur.

Qeyd edək ki, uran biomarkerləri xüsusilə mentol və ya nanə əvəzinə şirin vape ləzzətlərinə üstünlük verən gənclər arasında yüksəkdir.

İctimai sağlamlıq nöqteyi-nəzərindən tədqiqatçılar elektron siqaretlərin potensial toksikliyi ilə bağlı daha çox araşdırma aparmağı müdafiə edirlər.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
2
Mənbələr
Şərh ()
Bağla