AZ

Su həyat mənbəyidir, bizim içdiyimiz isə... -VİDEO

Su həyat mənbəyidir, bizim içdiyimiz isə... -VİDEO

İnsan orqanizmin sağlam qalması üçün suya böyük ehtiyacı var. Havaların isinməsi isə mayeyə olan tələbatı daha da artırır. Belə hallar daha çox açıq havada olarkən rastlaşırıq. Bədənimizin tələb etdiyi su ehtiyacı bəzən rəngli, bəzən də qazlı yaxud qazsız sular ilə ödəyirik. Suların satışı isə çox vaxt açıq havada aparılır.

Sonxeber.az xəbər verir ki, Aztv Xəbər mövzu ilə bağlı sakinlər arasında sorğu keçirib :

"Açıq havada olan sulardan almıram. İstər istəməz gün düşür və suyun özündə problem ola bilər. Bu baxımdan həmin suların keyfiyyətinə əmin olmuram. Daha çox marketlərdən alıram".

Vətəndaşlar arasında suyun hazırlanması və satışı ilə məşğul olan şirkətlərdə problem olduğunu deyənlərdə var:

"Bəzi şirkətlərin bir çox problemləri var. Həm bədənin özünə ziyandı və daha sonradan xaricə bu öz təsirini göstərir. Ona görə də mən daha çox rəngsiz sulara üstünlük edirəm".

Mütəxəssislər suları qapalı və bağlı şəkildə, 25 dərəcə, qapaq açılanda isə 8 dərəcə temperaturda saxlamağı tövsiyə edirlər. Eyni zamanda qapağın möhkəm bağlı olmasına diqqət etmək lazımdır. Sular, şirələr təmiz və qoxusuz yerdə saxlanılmalıdır.

Ətraflı Aztv-nin süjetində:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
Mənbələr
Şərh ()
Bağla