AZ

Qaydanı pozub qəza şəraiti yaradır, üstəlik narazılığını bildirir - VİDEO

Sabunçu-Zabrat yolunda manevr qaydasını pozan sürücü qəza şəraiti yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə aprelin 28-də baş verib. Belə ki, 10-GZ-686 qeydiyyat nişanlı "Daewoo" markalı avtomobilin sürücüsü hava limanı yoluna çıxan zaman qaydaları pozub. O, öncədən sağ zolaqda yerləşməli olduğu halda, sol zolaqla hərəkət edib. Yolayrıcına çatan zaman sağa manevr edərək görüntünü qeydə alan sürücüyə təhlükə yaradıb. Bu azmış kimi isə əlini bayıra çıxararaq etirazını bildirib.

 

Fərid

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
Mənbələr
Şərh ()
Bağla