AZ

Denzel Dumfris bu posterə görə cəza alacaq - Video

FIFA “İnter”in niderlandlı sağ yarımmüdafiəçisi Denzel Dumfris barəsində təhqiqat aparacaq və çox güman ki, futbolçuya cərimə kəsəcək.

Arena.az bu barədə “La Gazzetta dello Sport” dərgisinə istiadən məlumat verir.

Belə ki, Dumfris “neradzurri”nin çempionluğunu üstü açıq avtobusda çılğınlıqla qeyd edərkən, üzərində “Milan”ın fransız sol cinah müdafiəçisi Teo Ernandesin köpək kimi zəncirdə təsvir edildiyi posteri başı üzərinə qaldıraraq, dəlisovcasına yelləyib.

Mənbənin məlumatına görə, bu araşdırma niderlandlı müdafiəçinin cərimələnməsinə səbəb olacaq. “Milan”ın futbolçuları Teo Ernandes, Mayk Menyan, Rade Kruniç və Sandro Tonali daha əvvəl oxşar hadisələrə görə eyni cəzanı almışdılar. Sadalanmış futbolçular 2022-ci ildə “rossoneri”nin skudettonu qeyd etməsi zamanı əzəli rəqibi “İnter”ə qarşı təhqiredici, rüsvayçı pankart nümayiş etdirdiklərinə görə cərimələniblər.

Sağ cinah yarımmüdafiəçi olan Denzel Dumfris “İnter”ə 2021-ci ilin avqust ayında 14,25 milyon avro məbləğində PSV-dən (Eyndhoven) keçib. Yarımmüdafiəçinin “neradzurri” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Dumfris “İnter”in heyətində 33 oyuna çıxıb, 3 qol vurub, 6 məhsuldar ötürmə verib. 28 yaşlı futbolçu İtaliya nəhənginin heyətində bütövlükdə 129 matç keçirib, 10 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb.

Denzel Dumfris 2018-ci ilin oktyabrında debüt etdiyi Niderland yığmasının heyətində 52 oyuna 6 qol, 15 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermakrt” internet-portalı 28 yaşlı Denzel Dumfrisi 27 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla