AZ

Ölümlər niyə “cavanlaşıb?” – Professor səbəbləri AÇIQLADI

Son illər istər Azərbaycanda, istərsə də dünyada ölüm yaşı cavanlaşıb. Artıq vəziyyət o yerə gəlib ki, bir çox insan öz yaxınının ölümü ilə tez barışır. Çünki sağlıqlarda dediyimiz “uzun ömür” anlayışı öz mahiyyətini itirir.

Bəs səbəblər nədir? Niyə ölüm yaşı azalıb? 

Tibb elmləri doktoru, professor Adil Qeybulla mövzu ilə bağlı Bizim.Media-ya danışıb.
 

MÖVZU İLƏ BAĞLI:

Qida əlavələri fayda gətirir, yoxsa FƏLAKƏT? – Gizlədilən HƏQİQƏT


O bildirib ki, ölüm yaşının cavanlaşması bir neçə faktorla izah olunur:

“Hazırda insanların qida rejimi tamamilə dəyişib, hərəkətsizlik artıb. Bədənə daxil olan və sərf olunan kalorilər arasında balans pozulub. Bu, damarların tez tıxanmasına və ürək-damar xəstəliklərinə səbəb olub. Ürək-damar xəstəliklərindən vəfat edən şəxslərin sayında dinamika artır. 

Digər ekotoksikantlar içməli suda, qidalarda orqanizmə daxil olur, sərbəst radikallar yaradır. Bu isə mutasiya və xərçəng şişinin inkişafına gətirib çıxarır. Bunun özü aktuallaşan, ciddi bir problemdir.  

Bundan əlavə, son vaxtlar COVID-19 pandemiyasının yaratdığı fəsadları görürük. Qeyd edim ki, COVID indi də davam edir. “Omikron” ştamının mutasiya variantları aktivdir. COVID-dən sonra immun sisteminin təlatümləri bəzi xəstəlikləri daha da şiddətləndirib, üzə çıxarıb. Əsas faktorlar bunlardır. 
Bununla yanaşı, istər qadınlar, istərsə də kişilər arasında siqaret çəkənlər artmaqdadır. Aşırı alkoqol qəbulu, narkotikə üz tutanların çoxalması və s. kimi zərərli vərdişlərə yiyələnmək tendensiyası da ölümləri tezləşdirir, əmək qabiliyyətinin erkən itirilməsinə səbəb olur”. 

Məhərrəm Əliyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
138
20
Mənbələr
Şərh ()
Bağla