AZ

Tanışını döyən şəxs məhkəmə zalında həbs edildi

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Mahir Əsgərovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ramin Qaraqurbanlının sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

İttihama görə, hadisə 2023-cü ildə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsində yerləşən “Araz” marketin yaxınlığında qeydə alınıb.

 

Belə ki, Mahir Əsgərov aralarında yaranmış mübahisə zamanı yumruqla tanışı, zərərçəkmiş Cəfər Cəfərovun (şərti) göz nahiyəsindən vuraraq, xəsarət yetirib.

 

Suraxanı Rayon Məhkəməsinin hökmü ilə o, 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib. Bundan başqa, mülki iddia qismən təmin edilərək vurulmuş mənəvi zərərə görə Mahir Əsgərov 2000 manat məbləğində pul vəsaiti tutularaq zərərçəkmiş şəxsə ödənilməsi və mülki iddianın qalan hissədə baxılmamış saxlanılması müəyyən edilib.

 

Kamal Məmmədov

Tarix: 30 Aprel 2024, 09:14   

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
3
Mənbələr
Şərh ()
Bağla